Bakı polisində gecə həyəcanı
Bu gecə Bakı polisində həyəcan siqnalı (“trevoqa”) verilib. Saat 5.30 radələrində Bakı şəhər Baş Polis İdarəsinin bütün əməkdaşları idarəyə çağırılıb.
"AzerTaym.az" xəbər verir ki,bu haqda məlumatı AZNEWS.AZ-a polis əməkdaşlarından biri verib.
Məqsəd isə polislərin hazırlıq səviyyələrinin yoxlanılması olub.
Mənbə bildirib ki, hazırlıq səviyyəsi şəxsən Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov tərəfindən yoxlanılıb.
Qeyd edək ki, Mirqafar Seyidov BŞBPİ-nə rəis təyin olunandan sonra nəzarətində olan ayrı-ayrı idarələrdə dəfələrlə belə yoxlamalar keçirib.