Əsas Səhifə > Sosial, Slayd > Aqiyə Naxçıvanlı: "Bu oyunlar Azərbaycana uğur gətirəcək"
Aqiyə Naxçıvanlı: "Bu oyunlar Azərbaycana uğur gətirəcək"6-05-2015, 19:52 |
![]() Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Müəllimlər İnstitutunun rektoru, millət vəkili Aqiyə Naxçıvanlı bildirib. Onun sözlərinə görə, hər bir vətəndaş “Bakı-2015” -i səbirsizliklər gözləyir: "Mən məşəlin rayonlarda necə qarşılanmasını müşahidə edirəm. İnsanlar çox sevinirlər. Azərbaycan müstəqillik tarixində Avropa Oyunlarının xüsusi yeri olacaq. Xaricdəki bəzi dairələr, xüsusilə də ermənilər ölkəmizin uğurlarına qısqanclıqla yanaşır. “Bakı-2015”ə qarşı çağırışlar edənlər xaricdəki antiazərbaycan mərkəzlərin sifarişini yerinə yetirir. Məqsəd günü-gündən inkişaf edən, qüdrətlənən Azərbaycan dövlətinin uğurlarına sevinməmək, kölgə salmaqdır". Millət vəkili bildirib ki, Azərbaycana qarşı siyasi təzyiq göstərməyə çalışanların arzuları ürəklərində qalacaq: "Bu cür çağırışlar əsassızdır. Avropa Oyunlarından sonra dünyada Azərbaycanla bağlı təsəvvürlər müsbət mənada dəyişəcək. Biz təkcə idmana olan hazırlığımızı deyil, mədəniyyətimizi dünyaya nümayiş etdirəcəyik. Oyunlar ölkədə idmanın səviyyəsini daha da qaldıracaq". Geri qayıt |