Əsas Səhifə > Sosial > Səhiyyə Nazirliyindən Oqtay Güləliyevin durumu ilə bağlı
Səhiyyə Nazirliyindən Oqtay Güləliyevin durumu ilə bağlı30-10-2019, 12:40 |
Hüquq müdafiəçisi Oqtay Güləliyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə aparılıb. "AzerTaym.az" bildirir ki,Səhiyyə Nazirliyindən modern.az-a verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar: “Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Güləliyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”. “Beynində qanın həcmi artıb. Gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər”. Geri qayıt |