Səhiyyə Nazirliyindən Oqtay Güləliyevin durumu ilə bağlı AÇIQLAMA - Beyni əzilib

Hüquq müdafiəçisi Oqtay Güləliyev dünən axşam saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Klinik Tibbi Mərkəzə aparılıb.

"AzerTaym.az" bildirir ki,Səhiyyə Nazirliyindən modern.az-a verilən məlumata görə, həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar:

“Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb. Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan City Hospitala köçürüblər. Güləliyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır”.
Oqtay Güləliyevin oğlu Əli Güləliyevin bildirdiyinə görə, həkimlər atasının  vəziyyətinin kritik olduğunu bildirirlər:

“Beynində qanın həcmi artıb. Gözlərindən birində bərəlmə var. Süni nəfəs verirlər”.






Fikirlər