“Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər” - NAZİR
"Həkimlər xəstəni deyil, xəstəliyi müalicə edirlər”.
"Report”un xəbərinə görə, bunu Azərbaycanln səhiyyə naziri Oqtay Şirəliyev Bakıda Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresinin rəsmi açılış mərasimində deyib.
Tədbir iştirakçılarına Azərbaycanda səhiyyənin və tibb elminin inkişafı istiqamətində atılan addımlar barədə məlumat verən nazir qeyd edib ki, bugünkü tədbirin mövzuları tibb işçiləri üçün çox əhəmiyyətlidir.
O.Şirəliyev tibb işçiləri ilə pasiyentlər arasında qarşılıqlı səmimiyyət və güvən hissinin vacibliyini bildirib.