Əsas Səhifə > Sosial > Təhsil Nazirliyi: Dərslərin sentyabrın 15-dək təxirə salınması
Təhsil Nazirliyi: Dərslərin sentyabrın 15-dək təxirə salınması1-04-2020, 16:00 |
“Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”. "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. “Bu cür yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır. Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”, - C.Valehov əlavə edib. Geri qayıt |