Təhsil Nazirliyi: Dərslərin sentyabrın 15-dək təxirə salınması YALANDIR!

Bu gün sosial şəbəkələrdə Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən guya dərslərin sentyabrın 15-dək təxirə salınması ilə bağlı yayılan xəbər yanlışdır”.

"AzerTaym.az" modern.az-a istinadən  xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Bu cür yanlış xəbərlərin yayılması cinayət tərkibi yaradır. Rəsmi qurumların xəbərlərinə istinad edin, doğrusunu bizimlə bölüşün”, - C.Valehov əlavə edib.






Fikirlər