Əsas Səhifə > Sosial > Azərbaycanda vəfat edənlər qəsdən koronavirus adı ilə yazılır?

Azərbaycanda vəfat edənlər qəsdən koronavirus adı ilə yazılır?


24-04-2020, 23:59

Azərbaycanda vəfat edənlər qəsdən koronavirus adı ilə yazılır? - AÇIQLAMA

"Əvvəlcədən də qeyd etdiyimiz kimi, ilk gündən ölkəmiz koronavirusla bağlı şəffaf məlumatları paylaşır".

"AzerTaym.az" bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, vəfat edən şəxslərin adına qəsdən koronavirus xəstəliyinin yazılması ilə bağlı yayılan xəbərlərə cavab verib:

"Belə məlumatlara heç kim inanmasın. Operativ Qərargahın yaydığı məlumatlarını əsas mənbə kimi qəbul edin. O cür yalan məlumatlar yayanlarla da mübarizə aparmaq lazımdır."


Geri qayıt