Azərbaycanda vəfat edənlər qəsdən koronavirus adı ilə yazılır? - AÇIQLAMA
"Əvvəlcədən də qeyd etdiyimiz kimi, ilk gündən ölkəmiz koronavirusla bağlı şəffaf məlumatları paylaşır". "AzerTaym.az" bildirir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O, vəfat edən şəxslərin adına qəsdən koronavirus xəstəliyinin yazılması ilə bağlı yayılan xəbərlərə cavab verib: "Belə məlumatlara heç kim inanmasın. Operativ Qərargahın yaydığı məlumatlarını əsas mənbə kimi qəbul edin. O cür yalan məlumatlar yayanlarla da mübarizə aparmaq lazımdır."