TƏBİB-dən vətəndaşlara tövsiyə:“Düşmənin bizə bir nəfəs qədər yaxın olduğunu UNUTMAMALIYIQ
“Yaxın bir il ərzində düşmənin bizə bir nəfəs qədər yaxın olduğunu unutmamalıyıq”. "AzerTaym.az" bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) sədri Ramil Bayramlı bildirib. R.Bayramlı qeyd edib ki, indiyədək 114 410 test aparılıb: “Ümumilikdə ölkədə 1592 yoluxma, 21 ölüm qeydə alınıb. Vəfat edənlər arasında bizim həkim həmkarımız da var. Onların, eləcə də ölənlərin ailəsinə dərin hüznlə başsağlığı veririk”. Onun sözlərinə görə, indyədək 1013 sağalma baş verib: “Hazırda 558 aktiv xəstəmiz var, 20 nəfər reanimasiyadadır. Onlardan 7 nəfəri süni tənəffüs aparatına qoşulub. Xəstələr əsasən Mərkəzi Neftçilər Xəstəxanası və “Yeni Klinika”damüalicə olunurlar."