TƏBİB-dən vətəndaşlara: Çəkinmədən təcili yardıma müraciət edin!

Vətəndaşlarımızın şikayətləri varsa, çəkinmədən təcili yardıma müraciət etsinlər. Erkən diaqnozun qoyulması koronavirusun sağalması üçün əsas şərtdir”.

 Modern.az-ın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

 Onun sözlərinə görə, ölkə daxilində yoluxma halları əksər hallarda erkən aşkarlanıb:

 “Bununla da süni tənəffüs cihazına qoşulmalı olan xəstələrin sayı az olub. Bizim üçün ən önəmlisi budur. Erkən diaqnoz çox önəmlidir. Vətəndaşlarımıza bununla bağlı xüsusi müraciət edirik ki, özlərində simptomları hiss edərkən təcilli tibbi yardıma müraciət etsinlər”.






Fikirlər