Bakının buzlu yollarında 42 nəfər yıxılıb, ƏZİLDİ

“Son iki gündə Bakıya yağan güclü qar və yolların buz bağlaması səbəbilə yıxılaraq əzilən və travmalar alan 42 nəfər təcili tibbi yardıma müraciət edib".

Bu haqda  Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev məlumat verib.

R.Nağyev bildirib ki, müraciət edən şəxslərdən 36 nəfəri xəstəxanalara yerləşdirilib:

“Onların içərisində bütün yaş kateqoriyalarından olan insanlar var. Əksəriyyəti 17-18 yaşlı gənclər və daha yuxarı yaşda olanlardır”.






Fikirlər