Əsas Səhifə > Sosial > Azərbaycanda koronavirusdan ölənlərin sayı 2454 nəfərə çatdı,
Azərbaycanda koronavirusdan ölənlərin sayı 2454 nəfərə çatdı,26-12-2020, 19:42 |
Azərbaycanda koronavirusa (COVID-19) 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 46 238 nəfərə çatıb. Ölkədə son sutka ərzində 12 507, hazırkı dövrədək isə 2 141 798 test aparılıb. Ümumi ölənlərin sayı 2454 nəfərdir. "AzerTaym.az"
Geri qayıt |