Azərbaycanda koronavirusdan ölənlərin sayı 2454 nəfərə çatdı, YOLUXMA sayı bu gün də AZALDI...
Azərbaycanda koronavirusa (COVID-19) 1428 yeni yoluxma faktı qeydə alınıb, 4255 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib. Aktiv xəstə sayı 46 238 nəfərə çatıb. Ölkədə son sutka ərzində 12 507, hazırkı dövrədək isə 2 141 798 test aparılıb. Ümumi ölənlərin sayı 2454 nəfərdir. "AzerTaym.az"