Azərbaycanda bu gün YOLUXMA azaldı, ÖLÜM artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 334 yeni yoluxma faktı qeydə alınıb, 4 461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

 Azərbaycanda indiyədək ümumilikdə 208 211 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 nəfərdir.

 Ölkədə son sutka ərzində 14 599 hazırkı dövrədək isə 2 102 957 test aparılıb.

"AzerTaym.az"






Fikirlər