Azərbaycanda virusdan sağalanlar yoluxanları üstələdi - 7 nəfər ÖLDÜ
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 529 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 24 570 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 15 640 nəfər müalicə olunaraq sağalıb, 313 nəfər vəfat edib, 8 617 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8015, ötən müddət ərzində isə ümumilikdə 576 249 test aparılıb. Modern.az