
II Fəxri Xiyabanda dəfn edilməli olan Vətən Müharibəsi şəhidlərinin Qaradağda yol kənarında dəfn edilməsi barədə məlumat vermişdik. Bu gün sözügedən şəhidlərin ailə üzvləri bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin (keçmiş "Salyanski kazarma") qarşısında yolu bağlayaraq səslərini Müdafiə Nazirliyinin rəsmilərinə çatdırmaq istəyiblər. Şəhidlərin ailə üzvləri bildiriblər ki, Nazirlər Kabinetindən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin onları qəbul edəcəyi deyilib. Lakin şəhid ailələri heç TTM-in qapısının belə onların üzünə açılmadığını bildiriblər. Daha sonra şəhid ailələri sözügedən ünvanda TTM-in girişinin qarşısında avtomobil yolunu bağlayıblar. Yalnız bundan sonra TTM-in qapıları açılıb və şəhid ailələri içəri buraxılıb. Lakin onların MN rəsmiləri tərfindən qəbul edilib-edilməməsi ilə bağlı hələ də heç bir məlumat yoxdur. Həmin kadrları təqdim edirik:
Xatırladaq ki, sözügedən şəhid ailələri yanvar ayının 12-də də eyni problemin həllini tapması üçün Milli Məclisin qarşısında toplaşmış, millət vəkili Qənirə Paşayeva isə onlarla əlaqə saxlayaraq növbəti gün hər birini ayrı-ayrılıqda qəbul edəcəyini bildirmişdi. /Yeniavaz.com
Geri qayıt
|