Şəhidləri Fəxri Xiyabanda dəfn olunmayan ailələr yolu bağladı – VİDEO
II Fəxri Xiyabanda dəfn edilməli olan Vətən Müharibəsi şəhidlərinin Qaradağda yol kənarında dəfn edilməsi barədə məlumat vermişdik.
Bu gün sözügedən şəhidlərin ailə üzvləri bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzinin (keçmiş "Salyanski kazarma") qarşısında yolu bağlayaraq səslərini Müdafiə Nazirliyinin rəsmilərinə çatdırmaq istəyiblər. Şəhidlərin ailə üzvləri bildiriblər ki, Nazirlər Kabinetindən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyevin onları qəbul edəcəyi deyilib. Lakin şəhid ailələri heç TTM-in qapısının belə onların üzünə açılmadığını bildiriblər.
Daha sonra şəhid ailələri sözügedən ünvanda TTM-in girişinin qarşısında avtomobil yolunu bağlayıblar. Yalnız bundan sonra TTM-in qapıları açılıb və şəhid ailələri içəri buraxılıb. Lakin onların MN rəsmiləri tərfindən qəbul edilib-edilməməsi ilə bağlı hələ də heç bir məlumat yoxdur.
Həmin kadrları təqdim edirik: