Əsas Səhifə > Sosial > Göygölun hər il pul “yeyən” YOLLARI...
Göygölun hər il pul “yeyən” YOLLARI...7-06-2023, 12:50 |
Göygöl Rayon İcra Hakimiyəti Başçısının Göygöl Şəhər üzrə Nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı tender elan edib. Valyuta.az xəbər verir ki, tender 11 iyul 2023-cü il tarixə qədər davam edəcək. Maraqlıdır ki, ötən il Göygöl Rayon İcra Hakimiyəti başçısının Göygöl Şəhər üzrə Nümayəndəliyi ötən il yolların əsaslı təmirinə 858.909,5 AZN xərcləyib. Təmir işlərini “Gəncə Körpü Tikinti-2” ASC aparıb. 2021-ci ildə Göygölun yolları 854.994,76 AZN “yeyib”. Bu dəfə təmir işlərini “Ərdağı” MMC aparıb. Beləliklə, aydın olur ki, 2021-2022-ci illərdə Göygöldəki yolların əsaslı təmirinə 1 713 904,26 AZN xərclənib. Amma nədənsə yenə də yolların təmirinə ehtiyac yaranıb. Geri qayıt |