Göygölun hər il pul “yeyən” YOLLARI...
Göygöl Rayon İcra Hakimiyəti Başçısının Göygöl Şəhər üzrə Nümayəndəliyi yolların əsaslı təmiri ilə bağlı tender elan edib. Valyuta.az xəbər verir ki, tender 11 iyul 2023-cü il tarixə qədər davam edəcək. Maraqlıdır ki, ötən il Göygöl Rayon İcra Hakimiyəti başçısının Göygöl Şəhər üzrə Nümayəndəliyi ötən il yolların əsaslı təmirinə 858.909,5 AZN xərcləyib. Təmir işlərini “Gəncə Körpü Tikinti-2” ASC aparıb. 2021-ci ildə Göygölun yolları 854.994,76 AZN “yeyib”. Bu dəfə təmir işlərini “Ərdağı” MMC aparıb. Beləliklə, aydın olur ki, 2021-2022-ci illərdə Göygöldəki yolların əsaslı təmirinə 1 713 904,26 AZN xərclənib. Amma nədənsə yenə də yolların təmirinə ehtiyac yaranıb.