Əsas Səhifə > Sosial > Diplomatik korpus üzvləri “Laçın” sərhəd-buraxılış məntəqəsində

Diplomatik korpus üzvləri “Laçın” sərhəd-buraxılış məntəqəsində


24-06-2023, 12:50

Laçında səfərdə olan xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gediblər.

APA xəbər verir ki, onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub, Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə edib.


Geri qayıt