Diplomatik korpus üzvləri “Laçın” sərhəd-buraxılış məntəqəsində olublar...
Laçında səfərdə olan xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gediblər. APA xəbər verir ki, onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib. Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub, Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə edib.