Əsas Səhifə > Sosial > Ev və maşınlara dəyən zərəri kim ödəyəcək?
Ev və maşınlara dəyən zərəri kim ödəyəcək?22-10-2024, 18:01 |
Xəbər verdiyimiz kimi ötən gündən başlayan və bu gün gündüz saatlarınadək davam edən yağışlar nəticəsində paytaxt bakıda bir çox küçə və prospektləri su basıb. Ökə.Az xəbər verir ki, bir sıra ərazilərdə avtobuslar, minik avtomobilləri, eləcə də yaşayış evləri sel sularının altında qalıb.
Mövzu ilə bağlı Ölkə.Az-a danışan sığorta eksperti Nicat Əlibəyli bildirib ki,yağış altında qalan maşınlara görə dəyən zərəri kasko sığortası olanlar ala bilər: “Könüllü növ kasko sığorta müqaviləsi şərtlərində təbii fəlakət və s. qeyd olunubsa, hər hansı bir problem yoxdur, nəqliyyat vasitəsi təminata düşür. Yəni sığorta şirkəti sığortalanan avtomobillərə dəymiş zərərin qarşılığını ödəyəcək. Amma bəzən olur ki, avtomobili dəyərindən az, məsələn, 50-75% sığortalıayırlar. sığortalayırlar ki, az həcmdə sığorta haqqı ödəsinlər. Bu zaman artıq onlar üçün ciddi sürpriz olacaq”. “İcbari sığortaları varsa, orada da qanunvericilikdə nəzərdə tutulmuş formada təbii fəlakət və s. qeyd olunur. Bu şərtlər çərçivəsində ödəniş təminata daxil olur. Mövzu ilə bağlı Ölkə.Az-a danışan daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə bildirib ki, bəzi hallarda dövlət tərəfindən sığorta olmayan evlərə görə də ödəniş edilir: “Əmlakın sığortalanması üçün onun çıxarışı olmalıdır. Çıxarış olmasa, mümkün deyil. Azərbaycanda daşınmaz əmlakların sığortalanmasına maraq qazdır. Ən çox məcburi sığortalanan əmlaklar ipoteka kreditində olan, yəni kreditli şərtlərlə satılan əmlaklardır. Banklar öz pullarını sığortalamaq üçün həmin əmlakları sığortalamaq məcburiyyəti qoyurlar. İnsanlarda sığorta ilə maaariflənmə az olduğuna və bu sahədə məcburiyyət olmadığına görə hər hansı bir təbii fəlakət, yanğın və ya subasma zamanı dəymiş zərərin kim tərəfindən ödəniləcəyi sual altında qalır. Əgər bir əmlakın sığortası yoxdursa, dəymiş zərər vətəndaşın özü tərəfindən törədilibsə, həmin əmlak sığorta predmetinə çevrilə bilmir. Amma biz təcrübıyə baxsaq, görərik ki, ölkədə ayrı-ayrı illərdə torpaq sürüşməsi, zəlzələ, subasma hadisələri zamanı vətəndaşların sığortası olmasa belə hansısa bir formada dövlət tərəfindən vətəndaşlara dəymiş zərər kompnsasiya olunub. Əgər həmin əmlak yaşayış üçün yararsızdırsa, sel subasma nəticəsində tamamilə sıradan çıxıbsa, dövlət tərəfindən o əmlaklara dəymiş zərər qarşılanır. Amma sadəcə su basıb quruduğu zaman və əmlakın sığortası yoxdursa, təbii ki, vətəndaşa həmin halda kompensasiya ödənilmir. E.Fərzəliyev bu gün baş vermiş hadisəyə görə aidiyyəti qurumların məsuliyyət daşıdığını söyləyib: “Vətəndaşa dəymiş zərər bir var, zəlzələ torpaq sürüşməsi və s. səbəblərdən olsun. Bir də var ki, deyirlər yağış normadan çox yağıb. Bunda günahkar nə vətəndaşdır, nə də yağış. Burada məsələ yolların düzgün qurulmaması kanalizasiya xətlərinin düzgün işləməməsidir. Nəzər almalıyıq ki, Bakı amfibiya şəhərdir, sular yuxarıdan aşağı axır. Digər tərəfdən ölkədə son 30 ildə minlərlə daşınmaz əmlak tikilməsinə baxmayaraq yeni kanalizasiya xətlərinin çəkilməməsi və bütün yeni Geri qayıt |