Bakıda avtobus yük maşını ilə toqquşdu - Xeyli yaralı var - SİYAHI

Bakıda ağır yol qəzası baş verib.

AzerTaym.az-ın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 72-ci km-də, Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Gürcüstana gedən sərnişin avtobusu “Schacman” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlardan 9-u xəstəxanalara yerləşdirilib, digərlərinə isə ilk tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Xəstəxanaya yerləşdirilən şəxslərin hamısı Gürcüstan vətəndaşlarıdır. Həmin şəxslərin siyahısı:

1.Pərvanə Qaradalova 36 yaş

2. Rəfayel Aslanov 52 yaş

3. Mahir Aslanov 22 yaş

4. Kanan Abdullayev 23 yaş

5  Emin Məmmədov 33 yaş

6. Əbülfəz Şəmsiyev 28 yaş

7. Azər Meyxanov 41 yaş

8. Naib İsaqov 22 yaş

9. Ruslan Rəhimov 8 yaş

Faktla əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsində araşdırma aparılır. /APA/






Fikirlər