Avtobus qəzaya düşdü, ölən və xəsarət alanlar var - Bakıda + YENİLƏNİB

Avtobus qəzaya düşdü, ölən və xəsarət alanlar varAvtobus qəzası nətciəsində xəstəxanaya yerləşdirilən yaralalıların sayı 4 nəfərdir.

Bunu 3 saylı şəhər Kliniki Xəstəxanasının növbətçi hissəsindən bildiriblər.

Yaralanan şəxslər bunlardır - Xəlilova Münəvvər, Səmədv Emin, Ağayarov Sadiq və Musayev Rafael.

 

Xəstəxanadan deyiblər ki, onların hamısının vəziyyəti ağır olduğu üçün saxlanılıblar: "Onlar döş qəfəsindən xəsarətlər alıblar. Digər yaralıların vəziyyəti yüngül olduğu üçün onlar ev şəraitində müalicə üçün buraxılıblar". (“Trend”)

****

Bakıda sərnişin avtobusu qəzaya düşüb. 

APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, xeyli sərnişinin xəsarət aldığı bildirilir.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, hadisə yerinə 7 briqada göndərilib. Artıq 10-a yaxın şəxs xəstəxanalara çatdırılıb. Hazırda xəsarət alan digər şəxslərin xəstəxanalara aparılması davam etdirilir.

APA-nın əldə etdiyi məlumata görə, qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.

 






Fikirlər