Sərnişin avtobusu ağır yol qəzası törədib - Xəsarət alanlar var

 

trend_bus_crash_2Bu gün səhər saatlarında Abşeron rayonunun Novxani qəsəbəsi ərazisində dəhşətli avtobus qəzası baş verib. “20 yanvar-Novxanı” marşrutu üzrə hərəkət edən 35 saylı xətdə hərəkət edən sərnişin avtobusu Novxanı qəsəbəsi istiqamətində idarəetməni itirərək yoldan kənara çıxıb.
Trend-in hadisə yerindən verdiyi məlumata görə, hadisə yerinə təcili-tibbi yardım maşınları və yol polisi cəlb edilib. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.

 






Fikirlər