08.08.2014 - Yol polisini əzməyə çalışan «avtoş»un ŞOK VİDEOsu

08.08.2014 - Yol polisini əzməyə çalışan «avtoş»un ŞOK VİDEOsuSürücü ayağını qaza basıb maşını onun qarşısını kəsən polislərin üstünə sürür

Son vaxtlar yol polislərinə qarşı kobudluq edən sürücülərin sayı artıb. Bu, xüsusən, avtoxuliqanlıq edən sürücülər tərəfindən daha çox edilir. Onlar adətən yol polisinə tabe olmur, onların maşınlarını vurur və ya qorxudub təhlükəli vəziyyət yaradaraq aradan çıxırlar.
Bu videomaterialda isə hər şey aydındır. Polis əməkdaşları avtoxuliqanlıq edən sürücünün qarşısını kəsib saxlayırlar. Avtomobildən yerə düşməyən «avtoş» bir qədər sonra maşını geriyə sürür və ayağını qaza basıb maşını sürətlə polislərin üstünə sürür. Onları əzib keçməyə cəhd edən «avtoş» istəyinə nail olur. Polislər maşınla vurulmamaq üçün kənara çəkilirlər və «avtoş» qaçır.








Fikirlər