"Jalə" şirkətinə məxsus yük maşını AŞDI: 20 min manatlıq ziyan (FOTOLAR)

"Jalə" şirkətinə məxsus yük maşını AŞDI: 20 min manatlıq ziyan (FOTOLAR)

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gundeminfo.az report-a istinadən xəbər verir ki, Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Lənkəran rayon sakini Abas Nurullayevin idarə etdiyi "Jalə" şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb.

Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.






Fikirlər