Azərbaycanda avtomobillərin QİYMƏTİ BAHALAŞDI

Azərbaycanda avtomobillərin qiyməti bahalaşdı

Bu ilin avqust ayında Azərbaycanda minik avtomobillərinin qiyməti iyul ayı ilə müqayisədə orta hesabla 0,5% artıb.

Dövlət Statistika Komitəsindən Report-a verilən məlumata görə, illik müqayisədə isə maşınlar 9,7% bahalaşıb.

Ötən ay minik avtomobillərinin ehtiyat hissələri də aylıq müqayisədə 0,1%, illik müqayisədə isə 13% bahalaşıb. Ölkədə satılan velosipedlərin qiyməti isə aylıq 0,4%, illik isə 14,8% artıb.






Fikirlər