VAQİF Əsədov: Bu kadrlara baxanda adam özünü BANQLADEŞdəki kimi HİSS edir

Vaqif Əsədov: Bu kadrlara baxanda adam özünü Banqladeşdəki kimi hiss edir

Xəbər verdiyimiz kimi, bu gün metronun "Əhmədli” stansiyasının yaxınlığında bəzi sürücülərin məsuliyyətsizliyi nəticəsində acınacaqlı vəziyyət yaranıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, bəzi sürücülər ərazidə yol polisi olmamasında istifadə ediblər:
"Yol polisi gün ərzində təhlükəsizlik tədbirləri görən zaman inzibati tənbeh tədbirlərini tətbiq edir. Təbii ki, belə nöqsanların baş verməməsi üçün hərəkət iştirakçıları da özlərini nümunəvi aparmalıdırlar. 
Bəzi avtobus sürücülərinin yolun hərəkət istiqamətində dayanması digər yol-hərəkət iştirakçılarına mane olur. Neçə nəfər polis əməkdaşı lazımdır ki, belə vəziyyət yaranmasın? Hesab edirəm ki, yolun sağ tərəfində dörd, solunda isə üç polis əməkdaşı olmalıdır”.
Vaqif Əsədov bildirib ki, bu kadrlara baxanda adam özünü Banqladeşdə və yaxud yol hərəkəti haqqında qanunun işləmədiyi  məmləkətdəki kimi hiss edir.
nzibati tənbeh tədbirləri görülməklə məsələ öz həllini tapmamalıdır. İnsanlar şüurlu olaraq özlərini nizam-intizamlı aparmalıdırlar. Sürücülər yol hərəkətində şəxsi mənafeyini üstün tutmamalıdırlar. Bu vəziyyət həmçinin "Neftçilər” metrosu və "20 yanvar” adlanan ərazidə də müşahidə olunur.
Günün qaranlıq vaxtında, əməkdaşlarımız təlimatda olduğu vaxtda sürücülər məsuliyyətsizlik edirlər və nəticədə belə mənzərə yaranır. İndi belə çıxır ki, həmin ərazidə mütləq yol polisi əməkdaşı durmalıdır və sürücüyə deməlidir ki, avtomobili yolun ortasında saxlama? Biz XXI əsrdə yaşayırıq, ərazidə polis əməkdaşı olmadan belə məsələləri həll etməliyik”. 
V. Əsədov həmçinin qeyd edib ki, bu ərazidə bir polis əməkdaşı tək vəziyyətə nəzarət edə bilməz: 
"Ərazidə olanların hər biri paytaxt sakinləridir. Yol polisinin olmamasından istifadə edirlər. Digər sürücülər baxıb görsünlər ki, yol polisi olmayanda nələr baş verir. Təhlükəsizlik kameraları vasitəsi  ilə həmin nəqliyyat vasitələrinin nömrələri əldə olunub. Artıq 25 sürücünün fotomaterialı hazırlanıb. Onların hər-biri barəsində inzibati qaydada tənbeh tədbirləri görüləcək”.
Vaqif Əsədov sonda əlavə edib ki, gələcəkdə belə halların qarşısını almaq üçün əraziyə yol polisi əməkdaşları cəlb olunacaq.
AzerTaym.az






Fikirlər