SÜRÜCÜLƏRƏ qarşı REYD keçirildi

 Image result for Sürücülərə qarşı reyd keçirildi

Daşkəsən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Təmiz hava” aylığı çərçivəsində Daşkəsən rayonunda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.
Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Bununla yanaşı dəfələrlə maarifləndirici işlər, qanunamüvafiq digər tədbirlər görülməsinə baxmayaraq, reyd zamanı sürücülük hüququ olmadan avtomobil idarə edərək həm nəqliyyatın həm də piyadaların hərəkəti üçün təhlükə törədən sürücülər aşkarlanıb. Eyni zamanda sərnişindaşıma və digər kobud qayda pozuntularına yol verən sürücülər də müəyyən edilərək barələrində protokol tərtib edilib. Dövlət Yol Polisi və ETSN-in birgə təşkilatçılığı ilə keçirilən "Təmiz hava” aylığı aksiyası avqustun 31-dək davam edəcək.
AzerTaym.az

 






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi