Vaqif Əsədov: "Bakımız inkişaf edirsə tıxac da normaldır" - VİDEO

Vaqif Əsədov: "Bakımız inkişaf edirsə tıxac da normaldır" - VİDEO

"Bakıda maşın və sürücü çoxdur. Bu da inkişafın yüksək səviyyədə olmasıdır. Bir ailədə 2 maşın var. Bununla da, 8 nəfərə bir avtomobil düşür".

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, paytaxtda bütün günü yox, əsasən Pİk saatlarında sıxlıq yaranır.

"Sıxlığın yaranmasının səbəblərindən biri də mentalitetlə bağlıdır. Mentalitetimizlə bağlı xüsusi təhlükəli vərdişimiz var. Dayanma-durma, parklama qaydalarını pozuruq, deyirik ki, "əşşi, nə olacaq, 1 dəqiqəyə çıxıram". Səs siqnalı vermək adət alıb. Hər kəs də tələbsiz birinci olmaq istəyir.

Düşünürəm ki, hər şey yaxşıdır və yüksək səviyyədədir. Sadəcə bütün sahələrdə olduğu kimi inkişaf var deyə, deyirik ki, yolda rahat və fasiləsiz gedək. Bunun üçün də bütün qaydalara düzgün əməl etmək lazımdır", - deyə Vaqif Əsədov bildirib.

Qurum rəsmisi deyir ki, Bakıda tıxacları sensasiya kimi qəbul etmək düzgün deyil. Bundansa bilmək lazımdır ki, sıxlıq haradan yaranır:

"Niyə tıxacları yol polisilə bağlayırıq? Ölkədə bir milyon 400 min nəqliyyat vasitəsi var. Onun 72 faizi Bakı şəhərində idarə edilir.

670 yol kəsişmələri, 300-ə yaxına yaxın işıqforla tənzimlənən yol kəsişməsi var. Yolların uzunluğu 2300 km-dir. İndi özünüz bunu analiz edin".

Qeyd edək ki bu gün səhər saatlarından başlayaraq Bakının əksər hissələrində böyük tıxac yaşanıb.

Baxmayaraq ki, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçməsilə bağlı məlumat yaymışdı. Lakin senytabrın 17-dən bəri şəhərdə hərəkət çətinləşib. Sosial şəbəkələrdə də bununla bağlı yol polisi sərt tənqid olunur.






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi