Yol polisindən sürücülərə AŞURA GÜNÜ ilə bağlı müraciət

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sentyabrın 20-də keçiriləcək Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər. 

Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolu hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.

AzerTaym.az






Fikirlər

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi