YOL POLİSİNDƏN kuryerlərə XƏBƏRDARLIQ (VİDEO)

Yol polisindən kuryerlərə xəbərdarlıq (VİDEO)

Yol polisi kuryerlərə xəbərdarlıq etdi.
Bakı Şəhər Baş Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi moped və motosikiletlərlə fəaliyyət göstərən kuryerlərə xəbərdarlıq edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, xüsusilə də ictimai iaişə müəsissələrində kuryer fəaliyyəti göstərən moped və motosikilet sürücüləri tez-tez yol hərəkəti qaydalarını pozur. Bu da müxtəlif yol qəzalarının baş verməsinə gətirib çıxarır.
Vaqif Əsədov deyir ki, Yol hərəkəti haqqında qanuna görə, əksər mexaniki nəqliyyat vasitələrinin açma mühərriki 50 kub santımetrdən aşağı olduğu üçün onlara dövlət nömrə nişanı verilmir. Lakin buna baxmyaraq avtomobillər üçün nəzərdə tutulan yolda hərəkət edən bütün nəqliyyat vasitələri yol-hərəkəti qaydalarına ciddi əməl etməlidir. Nəqliyyat vasitəsində nömrə olmasa belə, qayda pozan moped və motosiklet sürücüsü inzibati məsuliyyətə cəlb ediləcək.
Vaqif Əsədov bildirib ki, sözügedən mexaniki nəqliyyat vasitələrinin sürücüləri onlar üçün nəzərdə tutulan geyim qaydalarına daəməl etməlidirlər.






Fikirlər