“Audi” yeni elektromobilini təqdim edəcək - FOTO

“Audi” yeni elektromobilini təqdim edəcək - FOTO

Alman şirkəti “Audi” yeni seriyalı elektromobil “e-tron Sportback”ı noyabrın 19-da ABŞ-ın Los-Anceles avtosalonunda təqdim edəcək.

Avtosfer.az xəbər verir ki, yeni model özündə dörd qapılı kross-kupe, yüksək yol işıqlandırması və marka sistemli tam ötürücü quattronu təsvir edir.

Avtomobil, ümumi gücü 400 a.g. olan iki elektrikli mühərriklə təchiz olunub. “Audi e-tron Sportback” 0-dan 100 km/saatı 5.5 saniyəyə yığır. Onun maksimal sürəti 200 km. saatdır.

 

Bildirilir ki, yeni elektrikli kossover Belçikanın Brüssel şəhərində yerləşən “Audi” zavodunda istehsal ediləcək.






Fikirlər