ANKARA terrorunda istifadə edilən avtomobil 2 AY ÖNCƏ oğurlanıbmış

Martın 13-də Ankaradakı Kızılay meydanında baş verən terror aktı barədə yeni məlumatlar əldə edilib.

 AzerTaym.azTürkiyə mediasına istinadən xəbər verir ki, terror aktı zamanı istifadə edilən avtomobil 2016-cı il yanvarın 10-da Şanlıurfada oğurlanıb.

 Məlumata görə, sözügedən avtomobil bu il fevralın 26-da Ankaraya gətirilib. Ankara polisi isə 2 həftə öncə, fevralın 27-də bomba yüklü avtomobil barədə məlumatlı olub və hərəkətə keçib. Ancaq ələ keçirə bilməyib.

 Türkiyə kəşfiyyatı isə sözügedən avtomobilin içərisinə yüklənmiş bombaların PKK tərəfindən İraq və Suriyada hazırlandığı barədə iddia irəli sürüb.

 






Fikirlər