"O zaman 7 rayonda İLHAM ƏLİYEVƏ Əliyevə heykəl qoyulmalıdır"

Bu gün görkəmli alim, Azərbycanın müstəqilliyinə səs vermiş 43 istiqlaçı deputatdan biri, türkoloq, filologioya elmləri doktoru, professor Firudin Cəlilovun 69 yaşı tamam olur. 

Bu münasibətlə Moderator.az-ın əməkdaşı professoru təbrik etdikdən sonra fürsətdən istifadə edərək ondan "70-ə bir il qaldı, bəs Qarabağa nə qədər qaldı" sualına cavab istəyib. 
Firudin müəllim nikbin ovqatlı cavab verib:
"Hadisələrin gedişi göstərir ki, 5 rayon bu payızda, daha 2 rayon isə qışda azad olunacaq və ya xoşluqla qaytarılacaq. Əgər bu öngörüm gerçəkləşsə, onda 7 rayonda İlham bəyə heykəl qoyulmalıdır. Generala da milli qəhrəman adı verilməlidir. Mən də söz verirəm, 70 illliyi Cıdır düzündə at belində, İsa bulağında dostlarla quzu şişliyi qonaqlığı ilə qeyd edəcəm. Təbii ki, oradan da Kəlbəcərə - Zülfüqar bəygilə qonaq gedəcəyik".






Fikirlər