Akif Çovdarovun gizli adamı faş olunur: Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevin başı dərddə….

Bələdiyyə sədri Baş Prokurorluqda ifadə verdi – Akif Çovdarova görə…

Masazır bələdiyyəsinin sədri, adı hər zaman ölkə mətbuatında müxtəlif qalmaqallarda hallanan Siyanfər Əliyev bu günlərdə Baş Prokurorluqda Akif Çovdarov məsələsi ilə bağlı ifadə verib.

Bu barədə cumhuriyyet.az-ı özəl mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, S.Əliyevin Baş Prokurorluğa çağırılmasına səbəb A.Çovdarov tərəfindən torpaqlarına əl qoyulan sahibakarlardan birinin Zakir Qaralova ünvanladığı müraciət olub. Belə ki, müraciətində A.Çovdarovun zor gücünə hektarlarla torpağını ələ keçirdiyini bildirən sahibkarın şikayəti Baş Prokurorluqda aparşdırılmağa götürülüb. Məhz araşdırma çərçivəsində bəlli olub ki, A.Çovdarovun sahibkara məxsus torpaqlara əl qoyması heç də təsadüfi olmayıb. Bələdiyyə sədri S.Əliyev də sahibkara məxsus torpaqların sabiq MTN generalı tərəfindən zorla ələ keçirilməsi haqqında məlumatlı olub. Onun bu prosesdə iştirakçılığı ehtimalı da yüksək hesab edilir.

Mənbənin sözlərinə görə, S.Əliyev Baş Prokurorluğa verdiyi ilkin ifadəsində A.Çovdarovla yaxınlığını inkar etsə də, bələdiyyə sədri əleyhinə çoxsaylı faktların mövcudluğu ehtimal edilir. İndiki halda isə S.Əliyevin taleyi sahibkarın bələdiyyə sədri ilə bağlı Baş Prokurorluğa verdiyi ifadədən asılı olacaq. Əgər sahibkar A.Çovdarovun onun torpaqlarına əl qoyması prosesində S.Əliyevin hər hansı şəkildə iştirakını iddia edərsə, bu, bələdiyyə sədrinin azadlığının təhlükə altına düşməsi anlamını daşıyacaq. Onu da bildirək ki, “MTN işi”nin ilk günlərində, A.Çovdarovun Masazırdakı torpaqları ilə bağlı qalmaqalda bələdiyyə sədri S.Əliyevin adı hallanmışdı. O zaman Siyanfər Əliyev məsələ ilə bağlı açıqlama verərək bildirmişdi ki, “Akif Çovdarova aid istixanaların olduğu torpaqlar icarədə olub. Yəni həmin torpaqlar ayrı-ayrı şəxslərin icarəsində olub”. Amma indi təsdiq olunan faktlar S.Əliyevi küncə sıxıb. Belə ki, bu torpaqlar zorla, özü də birbaşa Siyanfər Əliyevin əli ilə sahibkardan alınıb və generalın həyat yoldaşının adına sənədləşdirilib.






Fikirlər