Bakı 2017-ni necə qaşılayır - Bulvarda konsert olmayacaq...

Həmrəylik günü və yeni il münasibətilə dekabrın 31-də hər il olduğu kimi konsert olmayacaq.

Bunu BakiPost.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib. Bildirib ki, bu il şəhər sakinləri üçün dekabrın 31-də Milli Parkda yalnız atəşfəşanlıq olacaq: "Bulvar yeni ilə hazırdır. İki yerdə şam ağacı quraşdırılıb. Onun biri Kukla teatrının arxasında monitorun olduğu böyük meydançada, digəri isə Port Baku ilə üzbəüz bulvarın yeni hissəsində Ağ şəhərə çatmamış ərazidə quraşdırılıb.

Həmçinin Neftçilər prospekti boyu işıqlandırıcı qurğular asılıb. Gecələr onların çox gözəl işıqlanması var”.

Qurum rəsmisi qeyd edib ki, Bulvar İdarəsi dekabrın 30-da səhər saat 10:00-dan 14:00-a qədər 15 yaşına kimi olan uşaqlar üçün pulsuz aksiya keçirəcək: "Pulsuz aksiyaya attraksionlar, karusellər, qatarlar və dəniz gəzintisi daxildir. Gəmilərlə də uşaqlar pulsuz gəzə biləcək”. 

 






Fikirlər