Hindistandan Azərbaycana ət idxalı DAYANDIRILIB

 Azərbaycana dondurulmuş qoyun əti gətirilmir. Mal əti isə əsasən Ukrayna, Rusiya və Moldovadan gətirilir.

Bu haqda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

 O qeyd edib ki, hələlik Azərbaycana Hindistandan dondurulmuş camış əti gətirilmir:

Ötən il ərzində çox az miqdarda ət gətirilib. Bu il isə ümumiyyətlə Hindistandan Azərbaycana dondurulmuş camış əti idxal olunmayıb”.

 Y.Xanvəlinin sözlərinə görə, idxal edilən ətlərin standartlara cavab verməsi tam olaraq yoxlanılır:

Gömrük açılışı zamanı Respublika Baytarlıq Laboratoriyasının əməkdaşları həmin ətlərdən nümunələr götürüblər. Götürülmüş nümunələr 17 istiqamətdə yoxlanılıb. Ətlərin tələblərə uyğun olduğu müəyyənləşib”.Modern.az-a






Fikirlər