Qoyunun qulağında ağız! - Dişlərlə DOLU…

741

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyəli fermerin təsərrüfatındakı qoyunun qulağında dişlərlə dolu ağız aşkarlanıb. 

Məlumatı «The Mirror» nəşri yayb. Sahibi bu «kəşfi» qoyunu qırxarkən edib.

Mütəxəssislərin fikrincə, hamiləlik dövründə həmin quzunun anası kimyəvi maddə yeyə bilərmiş ki, bu da belə anomaliyaya gətirib çıxara bilər.

Yerli baytarın dediyinə görə, öz təcrübəsində ilk dəfədir ki, belə halla rastlaşır. O, qeyd edib ki, aşkar olunmuş ağız hətta «udmaq əməliyyatı»nı belə həyata keçirə bilir. Anmma onun köməyi ilə qoyun qidalana bilmir.

Beləlikdə, bir daha aydın olur ki, heyvanlar və insanların kimyəvi maddələrlə uzun müddət qidalanması onlarda kəskin mutasiyaya səbəb olur ki, bu da söhbət açdığımız heyrətamiz anomaliyalara gətirib çıxarıb.
İndi isə düşünmək gərəkdir: Çağdaş qida istehsalçısı qida istehsalı prosesində kimyəvi qatqılardan ifrat istifadə etməklə – bitkilərə və heyvanlara böyük dozalarla «kimya» yedirtməklə, bəşəriyyəti hansı fəlakətlərlə üz-üzə qoyurlar?!

Bəlkə, nə qədər ki, gec deyil, kapitala boyun əymiş istehsalçılar bu yanlış yoldan çəkilsinlər?..

 






Fikirlər