Respublika stadionuna yeni direktor

Tofiq Bəhramov adına Respublika Stadionuna yeni direktor təyin olunub.

 

Bu, Şamil Quliyevdir.

O, yeni vəzifədə ötən ay səhhəti ilə əlaqədar istefa vermiş Akif İsmayılovu əvəzləyib. Artıq yeni direktor Gənclər və İdman Nazirliyinin nümayəndəsi tərəfindən kollektivə təqdim olunub.

Qeyd edək ki, Şamil Quliyev idman sahəsində yenidir. Onun əvvəllər hüquq-mühafizə orqanları sistemində çalışdığı bildirilir. ( report.az )






Fikirlər