Qızılın qiyməti kəskin artıb

Bazarlarda qızılın qiyməti 2 dəfədən çox artıb.

Devalivasiyadan sonra  qızılın qiymətində kəskin artım var. Dollar təxminən 47 faiz artsa da qızılın qiyməti isə 2 dəfədən çox artıb. Əməkdaşlarımız məhz bunun səbəblərini araşdırıb.

Bazarlarda qızılın qiyməti 2 dəfədən çox artıb. Satıcılar artımı xarici bazarlardakı artım və dolların bahalaşması ilə izah edirlər.

Bahalaşma alıcılıq qabiliyyətinə də öz təsirini göstərib. Satıcıların sözlərinə görə, onsuz da sönük olan bazarda alıcılıq xeyli aşağı düşüb.

Belə bir sual ortaya çıxır. Dollar 48 faiz bahalaşdığı halda qızılın qiymətindəki artım nə üçün 100 faizdən artıqdır?

Ekspertlər isə bildirilər ki, qızıl elə məhsullardandır ki, burada süni bahalaşmaya yol vermək çətindir. Bahalaşma beynəlxalq birjalarda qızılın  qiymətinin artması ilə bağlıdır.

 






Fikirlər