Sərdar Həmidov dəfn edildi - FOTOLAR

Sərdar Həmidov dəfn edildi - FOTOLAR

 

 

Tərtər rayonunun sabiq icra başçısı, Tərtər özünümüdafiə batalyonunun komandiri olmuş Sərdar Həmidov bu gün işğaldan qoruduğu Tərtər rayonunda dəfn edilib.
Etatist.com xəbər verir ki, onun dəfn mərasimində qardaşı, sabiq daxili işlər naziri İsgəndər Həmidov, Qarabağ müharibəsi iştirakçıları - döyüşçülər, yaxınları iştirak edib.
Xatırladaq ki, ötən gün Sərdar Həmidovun halı qəfil pisləşib və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Gecə saatlarında isə dünyasını dəyişib.
Sərdar Həmidov müharibə illərində bir çox güllə və qəlpə yarası alıb. Uzun müddət idi ki, səhhətində problemlər var idi.
Allah rəhmət eləsin!
AzerTaym.az






Fikirlər