Roma papası Ermənistandadır - FOTO

Roma Papasının Ermənistana 3 günlük rəsmi səfəri başlayıb.

 AzerTaym.az Modern.az -a  istinadən xəbər verir ki, Zvartnots aeroportunda Papanı Ermənistan prezidenti Serj Sarksiyan, onun xanımı Rita Sarkisyan və “Ermənistanın kiçik müğənniləri” xorunun iştirakçılar qarşılayıb.

 Papaya Ermənistanın simvolları kimi ərik və lavaş təqdim olunub.

 Fəxri qaravulun salamlamasından sonra katolik kilsəsinin rəhbəri Ermənistan prezidentinin iqamətgahına və Eçmiədzin kilsəsinə yollanacaq.

 Sabah Papa səfərini Gümrüdə davam etdirəcək.






Fikirlər