ƏRDOGAN: “Bizim 3 milyardımızı vermirlər”

Avropa Birliyi Türkiyəyə söz verdiyi 3 milyard avronu vermir.

 Axar.az xəbər verir ki, bunu Almaniyanın ARD telekanalına müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

 Prezidentin sözlərinə görə, Avropa hökumətləri özlərini dürüst aparmırlar:

 “Avropa indiyə qədər bizə 2 milyon dollar verib. Miqrantların saxlanılması isə Türkiyəyə 12 milyard dollara başa gəlir. 3 milyon suriyalı, iraqlı hazırda bizim məmləkətdədir. Avropa Birliyi isə öz öhdəliklərini yerinə yetirmir”.

 Qeyd edək ki, bu ilin martında Türkiyə və Avropa Birliyi arasında miqrantlarla bağlı razılaşma əldə olunub. Razılaşmaya əsasən, Türkiyə Avropaya Yaxın Şərqdən axın edən qaçqınları qəbul etməli idi. Brüssel isə bunun qarşılığında Türkiyəyə 3 milyard avro verməyi, viza rejimini ləğv etməyi üzərinə götürürdü. 






Fikirlər