Ən çox söyüş söyən prezident - Obama

“Ən çox söyüş söyən prezident - Obama

ABŞ prezidenti Barak Obama Ağ evdə şəxsi həyatındakından daha çox ədəbsiz söyüşlərdən istifadə etdiyini boynuna alıb.

“AzerTaym.az”Modern.az”a istinadən xəbər verir ki, Obama “Vanity Fair”ə müsahibəsində ətrafında prezidentdən daha çox söyüş söyən iki nəfərin olduğunu da deyib.

Bunlar Ağ Evin aparatı əməkdaşlarının rəisi Denis Makdonou və milli təhlükəsizlik üzrə köməkçisi Syuzan Raysdır.

Obama bundan əlavə stresslə mübarizə apardığını da söyləyib. ABŞ prezidenti bu ədalətsiz tənqidlərə cavab yazır, sonra əzib atır.

Barak Obamanı Ağ Evdə adi həyatdan fərqləndirən digər cəhəti kimi böyük sarkazm və sərt yanaşmanı qeyd edib. Ancaq prezident qeyd edib ki, o, gündəlik həyatında bunu özümə rəva görə bilməz.






Fikirlər