"Apple" müştərilərini hökumətlərə satır – WikiLeaks-dən daha bir şok sənəd

"Apple" müştərilərini hökumətlərə satır –

WikiLeaks saytı senator, Hillari Klintonun seçki qərərgahının rəhbəri Con Podestanın məktublarının 18-ci hissəsini yayımlayıb.

Yada salaq ki, əvvəlki hissələrdə də sensasion materiallar var idi.

Dünən açıqlanan məktubda yazılanlardan məlum olur ki, Apple şirkəti öz müştərilərinin haqqındakı məlumatları və onların smartfonlarından, planşetlərindən əldə etdiyi müxtəlif informasiyaları ayrı-ayrı ölkələrin hökumətlərinə təqdim edir. Bu, şirkətin vitse-prezidenti Liza Ceksonun senator Con Podestaya yazdığı məktubdan açıq şəkildə bəlli olur. 
- Biz hər ay min dəfələrlə Apple istifadəçilləri və onların işlətdikləri qurğular haqqında məlumatları orderlərə və digər məhkəmə sənədlərinə uyğun olaraq, hökumətlərə təqdim edirik. Bizim bu cür sorğulara gündə 24 saat cavab verən xüsusi komandamız var. Güclü şifrələmə alqoritmləri Apple şirkətinin meta-məlumatları əldə etmək və hökumətlərə çatdırmaq imkanlarını məhdudlaşdırmır,- deyə məktubda vurğulanır. 

 






Fikirlər