21.05.2014. - Putini Hitlerə bənzətdilər

21.05.2014. - Putini Hitlerə bənzətdilərKanadada səfərdə olan Britaniya şahzadəsi Çarlz Rusiya prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə edib.

ANS-in məlumatına görə, Britaniya şahzadəsi Carlz Kanadada Mühacirət muzeyuində 88 yaşlı, Holokostda əzizlərini və bütün ailəsini itirmiş 88 yaşlı Merrien Ferqyusenlə söhbət edərkən , həm də Krımın Ukraynadan ayrılmasına münasibət bildirib. O, eyni zamanda Putini Hitlerlə müqayisə edib. Uels şahzadəsi deyib: “Bu gün də Putin demək olar ki, elə Hitlerin əməllərini təkrarlayır ” .

Təxminən iki ay əvvəl Almaniyanın Maliyyə naziri Volfqanq Şoyble də Rusiyanın Krım yarmadasını işğalını Adolf Hitlerin 1938-ci ildə Cexiyanın bir hissəsi işğal etməsi ilə müqayisə etmişdi
.






Fikirlər