Türk qırıcıları PKK-nın başına od yağdırdı

rr

Bu saatlarda Türkiyə təyyarələri Suriyanın Minbiç şəhərində yerləşən PKK-nın Suriya qolu PYD/YPG-nin mövqelərini bombalayır. Avropa.info ərəb mediasına istinadən xəbər verir ki, bombardıman Suriyanın Əl- Bab qəsəbəsini mühasirəyə alan, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu qüvvələrinin PKK-çılar tərəfindən atəşə tutulmasından sonra başlayıb.
Qeyd edək ki, Türkiyənin dəstəklədiyi ASO Əl-Bab qəsəbəsində yerləşən İŞİD-i mühasirəyə alıb. Artıq 3 gündür ki, PKK-nın Suriya qolu PYD/YPG Əl-Baba doğru irəliləyən ASO qüvvələrinə atəş açırdı.






Fikirlər